Şövkət Orduxanov adına Aqusar şəhər stadionu deyəsən tamamilə tarixin yaddaşına köçəcək.

Rekord.az xəbər verir ki, bir neçə il qabaq söğzügedən stadion tamamilə söküldü və yerində yeni, müsair, 5 minlik stadion tikilməli idi.

Hətta arenanın eskizi də hazır idi. Lakin sonradan hər şey yarımçıq qaldı. Klubun əsas sponsoru olan “Azərenerji” rəhbərliyindəki dəyişiklik stadionun taleyini də sual altında qoydu. Hazlrda ərazidə quru torpaq və ot təpələrdindən başqa heç nə qalmayıb. Əldə etdiyimiz məlumata görə, rayon icra hakimiyyəti də arenaya sahib çıxmaq istəmir. Bu mənada yaxın günlərdə Qusar stadionunda meyvə-tərəvəz əkildiyini görsəniz, təəccüblənməyin.