Bir neçə il öncə Şövkət Orduxaov adıan Qusar şəhər stadionu tamamilə sökülmüş, yerində yeni stadionun inşasına başlanmışdı. 

Rekordaz xəbər verir ki, ilk vaxtlar işlər sürətlə gedirdi və 2024-ci ilin yayına qədər 5000-lik stadion təhvil verilməli idi.

Lakin təəssüf ki, deyilən tarixdən 6 aydan çox vaxt keçsə də, stadion hələ də hazır deyil. Bu, azmış kimi, arenada iş də dayanıb. Ötən gün stadiona baş çəkən saytımızın əməkdaşı da bunun canlı şahidi olub. İş dayanıb, qapı da qıfıllanıb. İçəri isə heç kimi buraxmırlar. Hətta jurnalistləri də. İşin konkret hansı səbəbdən dayandığı da məlum deyil.

Qeyd edək ki, arenanı "Azərenerji"in sabiq rəhbəri Etibar Pirverdiyevin tikdirdiyi deyilir.