Qusarda badminton üzrə təlim məşqləri keçirilib
- 12 Okt 2023 13:21
- 419
Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin Qusar rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə Qusar Olimpiya İdman Kompleksində "Sağlam həyat" layihəsi çərçivəsində badminton idman növü üzrə təlim məşqləri keçirilmişdir.
Rekord.az xəbər verir ki, 30 nəfər idmançının iştirak etdiyi təlim məşqlərin keçirilməsinin məqsədi bu idman növünün uşaq və yeniyetmələr arasında təbliği və inkişaf etdirilməsidir.