Qusarda bayramla bağlı kütləvi idman tədbirləri
- 25 Mar 2024 12:14
- 205
Qusar şəhər mərkəzi meydanda Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin Qusar rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə Novruz bayramına həsr olunmuş uşaq, yeniyetmələr və gənclər arasında cüdo, yunan-Roma güləşi, şahmat, minifutbol, voleybol, kikboksinq və qol güləşi idman növləri üzrə kütləvi idman tədbiri keçirilmişdir.
Rekord.az xəbər verir ki, tədbirdə Qusar rayonu üzrə gənclər və idman sektorunun müdiri Emil Əmirmətov, sektorunun əməkdaşları, məşqçi-müəllimlər və 60 nəfər idmançı iştirak etmişdir.
Tədbirin keçirilməsində məqsəd uşaq, yeniyetmə və gənclər arasında bu idman növlərinə marağının artırılması və rayonda inkişaf etdirilməsidir.
Sonda Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsi tərəfindən bütün iştirakçılara sertifikatlar təqdim edilmişdir.