![photo](https://www.rekord.az/storage/uploads/4/qusar-9.jpg)
Qusarda futbol idman növü üzrə uşaq və yeniyetmələr arasında təlim
- 28 Sen 2023 12:15
- 395
Qusar Olimpiya İdman Kompleksində Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin Qusar rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə futbol idman növü üzrə uşaq və yeniyetmələr arasında təlim məşqlər keçirilmişdir.
Rekord.az xəbər verir ki, Qusar Olimpiya İdman Kompleksinin, Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin Qusar rayonu üzrə gənclər və idman sektorunun nümayəndələrinin və futbol üzrə məşqçi müəllimlərinin iştirakı ilə keçirilmiş təlim məşqlərinin məqsədi yeniyetmələrin futbol idman növünə marağının artırılmasıdır.