Qusar rayon Gənçlər və İdman idarəsinin təşkilatçılığı ilə Qusar şəhər Simurq Kulturologiya Mərkəzində Ümummilli Lider Heydər Əliyevin 100-illik yubileyinə həsr olunmuş şahmat turniri keçirilmişdir.

Rekord.az xəbər verir ki, 3 altqrup üzrə keçirilmiş zəka mübarizəsində 7 yaşadək (7 yaş daxili) , 11 yaşadək (11 yaş daxili), 16 yaşadək (16 yaş daxili) ümumi olaraq 56 nəfər oyunçu iştirak etmişdir.

I, II və III yerləri tutmuş qaliblər Qusar rayon Gənçlər və İdman idarəsi tərəfindən diplom və medallarla mükafatlandırılmışdır.