Qusarda kikboksinq üzrə kütləvi idman tədbiri
- 07 İyn 2024 11:45
- 202
Qusar Olimpiya İdman Kompleksində Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin Qusar rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə kikboksinq idman növü üzrə kütləvi idman tədbiri keçirilmişdir.
Rekord.az xəbər verir ki, tədbirdə Qusar rayonu üzrə gənclər və idman sektorunun əməkdaşları, kikboksinq idman növü üzrə məşqçi-müəllim və 30 nəfər idmançı iştirak edib.
Təlimlərin keçirilməsində məqsəd uşaq və yeniyetmələr arasında bu idman növünə marağının artırılması və rayonda inkişaf etdirilməsidir.