Gənclər və İdman Nazirliyi orta məktəblərdə ödənişsiz üzgüçülük dərsləri layihəsinə başlayıb.

Rekord.az xəbər verir ki, layihənin əhatə etdiyi 5 idman qurğusundan biri Qusar Olimpiya İdman Kompleksidir.

Bu haqda məlumatı sözügedən kompleksin direktoru Elşən Məmmədov verib: "Dünəndən etibarən kompleksimizə Qusarın 4 saylı orta məktəbinin şagirdləri axın edərək, üzgüçülük bölməmizə yazılmağa başlayıblar. Artıq məşqlərə də start verilib".