Qusar rayonunda fəaliyyət göstərən Metak idman meydançasında Quba -Xaçmaz Regional Gənçlər və İdman İdarəsinin Qusar rayon gənçlər və idman sektorunun təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş 2010-2012-ci il təvəllüdlü idmançılar arasında futbol turniri keçirilmişdir.

Rekord.az xəbər verir ki, turnirin açılış mərasimində Azərbyaycan Respublikasının Dövlət Himni səsləndirilmiş, Quba Xaçmaz Regional idarəsinin rəisi Nəcəf Novruzov, Qusar rayon gənclər və idman sektorunun müdiri Emil Əmirmətov idmançıları salamlayaraq uğurlar arzulamışlar.

Qeyd edək kii, turnirdə 6 komanda olaraq 78 idmançı iştirak etmişdir.

Qalib komandalar sonda Quba-Xaçmaz Regional Gənçlər və İdman İdarəsi tərəfindən diplomlarla mükafatlandırılmışlar.