Qusarda üzgüçülük üzrə kütləvi idman tədbiri
- 27 Avq 2024 10:32
- 132
Qusar Olimpiya İdman Kompleksində Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin Qusar rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə "Sağlam həyat" layihəsi çərçivəsində uşaq və yeniyetmələr arasında üzgüçülük idman növü üzrə kütləvi idman tədbiri keçirilib.
Rekord.az xəbər verir ki, tədbirdə Qusar rayonu üzrə gənclər və idman sektorunun əməkdaşları, məşqçi-müəllim İlqar İsrafilov və 45 nəfərdən yuxarı idmançı iştirak edib.
Tədbirin keçirilməsində məqsəd uşaq, yeniyetmələr və gənclər arasında bu idman növünü rayonda inkişaf etdirilməsidir.