Qusar Olimpiya İdman Kompleksində Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin Qusar rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə "İdman hamı üçün" layihəsi çərçivəsində üzgüçülük idman növü üzrə kütləvi idman tədbiri keçirilib.

Rekord.az xəbər verir ki, tədbirdə Qusar rayonu üzrə gənclər və idman sektorunun əməkdaşları, məşqçi müəllimlər və 30 nəfər idmançı iştirak edib.

Tədbirin keçirilməsində məqsəd uşaq və yeniyetmələr arasında üzgüçülük idman növünə marağının artırılması və rayonda inkişaf etdirilməsidir.