Qusar şəhər "Ranço" istirahət zonası ətrafında Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin Qusar rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə "Sağlam həyat" layihəsi çərçivəsində yeniyetmə qızlar və oğlanlar arasında velosiped idman növü üzrə kütləvi idman yürüşü keçirilmişdir.

Rekord.az xəbər verir ki, tədbirdə 30 nəfər idmançı, Qusar rayonu üzrə gənclər və idman sektorunun əməkdaşları və məşqçi qismində Qusar şəhər OKİ Xəstəxanasının Reabilitasiya sahəsi üzrə həkimi Xanım İsrafilova iştirak etmişdir.

Tədbirin keçirilməsində məqsəd uşaq, yeniyetmə və gənclər arasında bu idman növünə marağının artırılması, rayonda inkişaf etdirilməsi və asudə vaxtın səmərəli keçirilməsidir.