Qusar Olimpiya İdman Kompleksində Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin Qusar rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə "Sağlam həyat" layihəsi çərçivəsində oğlanlar arasında voleybol idman növü üzrə kütləvi idman tədbiri keçirilib.

Rekord.az xəbər verir ki, tədbirdə Qusar rayonu üzrə gənclər və idman sektorunun əməkdaşları, voleybol idman növü üzrə məşqçi-müəllimlər və 35 nəfər idmançı iştirak edib.

Tədbirin keçirilməsində məqsəd yeniyetmə və gənc oğlanlar arasında voleybol idman növünü rayonda inkişaf etdirilməsidir.