"Region Liqası"nda yarımfinal oynamış "Qusar"la bağlı maraqlı informasiya əldə etmişik.

Rekord.az xəbər verir ki, cari mövsüm yarımfinala qədər irəliləyib burada "Cəbrayıl"a məğlub olan komandanın bütün xərclərini tanınmış futbol meneceri Kamil Məmmədov qarşılayıb.

Əslən Qusardan olan Məmmədov həmyerlilərinin səfər və yemək xərclərini cibindən ödəyib. Təəssüf ki, Qusarın icra hakimiyyəti komandaya yetəri qədər dəstək ortaya qoymayıb.