İspaniyanın “Almeriya” klubu baş məşqçisi Quti ilə yollarını ayırıb.

Rekord.az xəbər verir ki, bu barədə “Mundo Deportivo” nəşri məlumat yayıb. Quti, komandanın dünən Sequndada öz meydanında “Alkorkon”a uduzmasından (0:1) sonra istefaya göndərilib.

“Almeriya” Qutinin ayrılığını yaxın zamanda rəsmən açıqlayacaq. 43 yaşlı mütəxəssis ötən ilin noyabrından Sequnda təmsilçisinə başçılıq edirdi.

“Almeriya” hazırda 56 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.