Qvardiola 30 illik həyat yoldaşından boşandı
- 14 Yan 2025 17:40
- 67
“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola həyat yoldaşı Kristina Serra ilə 30 illik münasibətdən sonra ayrılıb.
Rekord.az “Diario Sport”a istinadən xəbər verir ki, 2024-cü ilin son 13 matçını uğursuz keçirən və yalnız bir dəfə qalib gələ bilən “şəhərlilər”in çalışdırıcısı boşanma ərizəsi verib.
Cütlük 1994-cü ildən birlikdə idi və üç övladı var. Son zamanlar Pep və Kristinanın münasibətlərinin gərginləşdiyi bildirilir. Onlar 10 il əvvəl rəsmi nikah bağlamışdılar.