![photo](https://www.rekord.az/storage/uploads/4/qvardiola-18.jpg)
Qvardiola antirekordunu təkrarladı
- 14:30
- 29
İngiltərənin "Mançester Siti" komandasının baş məşqçisi Xosep Qvardiola antirekordunu təkrarlayıb.
Rekord.az xəbər verir ki, bu, "şəhərlilər"in UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda evdə İspaniya təmsilçisi "Real"a uduzması (2:3) ilə mümkün olub.
İspaniyalı mütəxəssisin rəhbərlik etdiyi kollektiv bu mövsüm bütün turnirlərdə 12-ci dəfə uduzub. Hazırkı İngiltərə çempionu 2019/2020 mövsümündə eyni sayda məğlubiyyət almışdı.
"Real" və "Mançester Siti" arasında cavab qarşılaşması fevralın 19-da İspaniyada keçiriləcək.