“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola Çempionlar Liqasının 1/4 finalında “Borussiya”  (Dortmund) ilə cavab görüşü öncəsi fikirlərini bölüşüb.

Rekord.az xəbər verir ki, 49 yaşlı mütəxəssis qarşılaşmada yalnız qələbə qazanmaq istədiklərini deyib:

“Bu matçı gözləyirik. Hələ özümüz üçün heçnəyi təmin etməmişik. İlk görüşdə yaxşı bir nəticə əldə etdik (2:1) və indi yenə qələbə qazanmağa çalışacağıq. Planımıza sadiq qalmalıyıq. İlk oyunda nə baş verdiyinin heç bir əhəmiyyəti yoxdur. Mümkün qədər yaxşı oynamalıyıq ki, rəqib buraya yalnız ilk matçdakı uğurumuzu qorumaq üçün gəlmədiyimizi başa düşsün. “Borussiya”ya oyunumuzla təzyiq göstərmək və qalib gəlmək istəyirik. Artıq Çempionlar Liqasının 2021/22 mövsümündə də çıxış etmək hüququ alan ilk komanda olduq. Beləliklə, ardıcıl 11 il Çempionlar Liqasında oynayacağıq. Heç bir Premyer Liqa klubu bunu bacarmayıb. Bu, fantastikdir”.

Qeyd edək ki, sabah Dortmundda keçiriləcək matç Bakı vaxtı ilə 23:00-da başlayacaq