Qvardiola derbi öncəsi nələr dedi?
- 08 Dek 2020 15:42
- 624
“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola komandasının qarşıdakı oyunları ilə bağlı açıqlama verib.
Rekord.az xəbər verir ki, ispan mütəxəssis Premyer Liqanın növbəti turu çərçivəsində keçiriləcək “Mançester Yunayted”lə oyuna da toxunub:
“Bunun bir derbi olduğuna əminəm. Futbolçuların yorğun olduğunu iddia edə bilmərəm, əksinə, indi daha yaxşı vəziyyətdəyik. Bir ay əvvəlkindən daha yaxşıyıq.
Vacibi odur ki, turnir cədvəlinin liderliyindən çox uzaqda deyilik və Çempionlar Liqasında növbəti mərhələyə də vəsiqə qazanmışıq. Vacib oyunlarda mərkəz müdafiəçilərimiz səhvlər etdi. Bunlara yol verməməliyik”.
“Mançester Yunayted” – “Mançester Siti” oyunu dekabrın 12-də keçiriləcək.