"Mançester Siti" "Real"ın futbolçusu İsko üçün təklif hazırlayır.

Rekord.az Britaniya mətbuatına istinadən xəbər verir ki, İngiltərə klubunun 27 yaşlı yarımmüdafiəçi üçün 80 milyon avro ödəməyə hazır olduğu vurğulanıb. Bildirilib ki, "Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola ispan oyunçunun transferini şəxsən özü istəyir.

Qeyd edək ki, İsko bu mövsüm 23 matçda 3 qol vurub.