Qvardiola sabahkı final ahqda danışdı
- 28 May 2021 21:15
- 686
"Mançester Siti"nin baş məşqçisi Pep Qvaqrdiola Çempionlar Liqasının finalında "Çelsi"yə qarşı keçirəcəkləri matç barədə danışıb.
Rekord.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 49 yaşlı mütəxəssis deyib:
"Bəzi futbolçular meydana gərginlik, problemlə girirlər, amma bunun öhdəsindən gəlmək məcburiyyətində qalırlar. Əminəm ki, qalib gəlmək üçün əziyyət çəkməliyik. Dözümlü olmalısınız. Necə oynamaq istədiyimizi, kiminlə oynayacağımızı dəqiq bilirəm və futbolçuları çox gərginləşdirməyəcəyəm. Burada olmaq inanılmaz bir şansdır. Karyeramın əvvəlində ən azı bir Çempionlar Liqasının finalında oynayacağımı düşünmürdüm. İndi isə biz buradayıq. Bəxtimiz gətirdi".
Qeyd edək ki, həlledici matç sabah Portu şəhərində oynanılacaq.