“Sevilya”nın müdafiəçisi Jyul Kunde “Mançester Siti”yə keçidinin baş tutmaması haqda danışıb.

Rekord.az xəbər verir ki, fransız müdafiəçi keçiddə maraqlı olduğunu bildirib.

O, Qvardiola ilə söhbət etdiyini də qeyd edib: “Qvardiola ilə bu haqda söhbət etmişdim. Biz ispanca ünsiyyət qurduq. Hər şey yaxşı oldu. Mən bu keçiddə maraqlı idim. Pep mənə əsas heyətdə oynayacağımla bağlı təminat da vermişdi. Amma nədənsə keçid baş tutmadı”.

Məlumata görə, “Sevilya” “Mançester Siti”nin 55 milyon avroluq təklifini qəbul etməyib. İspaniya klubu 21 yaşlı futbolçuya görə 90 milyon avro tələb edir.

“Sevilya” Kundeni 209-cu ildə “Bordo”dan 25 milyon avroya alıb.