“Bavariya”nın sabiq həkimi Hans-Vilhelm Müller-Volfart Xosep Qvardiola ilə münasibətləri barədə danışıb. Hans-Vilhelm Peplə münaqişə yaşadığı üçün “Bavariya”nı tərk etmişdi.

Rekord.az xəbər verir ki, həkim, Qvardiolanın tibbi heyətin işinə qarışdığını bildirib: “Gənc və uğurlu bir baş məşqçinin tibbi heyətin işinə müdaxiləsini qəbul edə bilməzdim. Qvardiola hesab edirdi ki, hər şeyi məndən yaxşı bilir.

Amma sonradan onunla görüşdük və hər şeyi müzakirə etdik. Vəssalam, bununla da məsələ bitdi. Biz bir-birimizə hörmət edirik. O, mənim işimi dəyərləndirir və heç vaxt onu şübhə altına salmayıb”.

77 yaşlı həkim “Bavariya”da 40 il çalışıb və 2020-ci ildə klubu tərk edib. O, 2015-ci ildə Peplə münaqişəyə görə “Münxen” klubuna getmişdi. Amma Qvardiolanın gedişindən sonra “Bavariya”ya qayıtmışdı.