“Səbail” heyətini yeni futbolçu ilə gücləndirib.

Rekord.az xəbər verir ki, "dənizçilər" Qvatemala milli komandasının qapıçısı Nikolas Hageni transfer edib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Əcnəbi qolkiperlə 2020/21 mövsümünün sonunadək müqavilə imzalanıb.

Hagen “Səbail”də “96” nömrəli formanı geyinəcək.