photo

Radamel Falkao “Real”a qarşı oynayacaq?

  • 2019-10-22 16:40
  • 56

Türkiyə çempionu “Qalatasaray”ın UEFA Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində İspaniya nəhəngi “Real”a qarşı keçirəcəyi oyun üçün heyəti açıqlanıb.

Rekord.az xəbər verir ki, İstanbul klubunun bu yay “Monako”dan transfer etdiyi Radamel Falkao Madrid təmsilçisi ilə görüşdə forma geyinə bilməyəcək. Zədədən əziyyət çəkən kolumbiyalı forvard qarşıdakı oyunun heyətinə daxil edilməyib.

“Qalatasaray”ın baş məşqçisi Fatih Terim “Real”la oyunda bu futbolçularından xidmətindən yararlana biləcək:

Fernando Muslera, Şener Özbayraklı, Jan Mişel Seri, Adem Büyük, Selçuk İnan, Yunes Belhanda, Rayan Babel, Rayan Donk, Ömer Bayram, Mariano Ferreyra, Florin Andone, Kristian Luyindama, Okan Koçuk, Markos Teyşeyra, Yuto Naqatomo, Sofiane
Fequli, Steven Nzonzi, Emre Mor, Mario Lemina.

Bu gün keçiriləcək “Qalatasaray” - “Real” oyununa Bakı vaxtı ilə saat 23:00-da start veriləcək.

Son xəbərlər