“Burada olduğum üçün çox xoşbəxtəm”.


Rekord.az xəbər verir ki, bunu Polşanın "Radomyak" klubuna keçən Azərbaycan millisinin futbolçusu Renat Dadaşov deyib.


Klubun mətbuat xidmətinə açıqlama verən 25 yaşlı hücumçu azarkeşlərə müraciət edib:


"Cümə günü hər kəsi görmək istəyirəm".


"Radomyak" fevralın 28-də Polşa çempionatının 23-cü turunda "Vidzev"i qəbul edəcək.