Azərbaycanın karate üzrə 5 qat dünya və 11 qat Avropa çempionu Rafael Ağayev peşəkarların mübarizə apardığı "Karate Combat" turnirində növbəti döyüşünü keçirib.

Rekord.az xəbər verir ki, Tokio-2020 Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı ABŞ-dan olan Coş Kuayhagenlə qarşılaşıb.

Florida ştatının Mayami şəhərində baş tutan döyüş Ağayevin qələbəsi ilə başa çatıb.

Xatırladaq ki, Ağayev "Karate Combat"da 2018-ci ildə debüt edib.