Azərbaycanın yüngül çəkidə UFC döyüşçüsü Rafael Fiziyevin növbəti rəqibi müəyyənləşib.

Rekord.az ESPN-ə istinadən xəbər verir ki, 30 yaşlı idmançımız polşalı Mateuş Qamrotla qarşılaşacaq.

Gecənin əsas görüşü sentyabrın 23-də ABŞ-ın Las-Veqas şəhərində təşkil olunacaq.

Xatırladaq ki, Rafael Fiziyev sonuncu dəfə ABŞ təmsilçisi Castin Geyciylə qarşılaşıb və məğlub olub.