Azərbaycanın yunan-Roma güləşçisi Rafiq Hüseynov Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.

Rekord.az xəbər verir ki, 87 kq çəki dərəcəsində yer alan idmançı 1/8 final mərhələsində David Losonçi (Macarıstan) ilə üz-üzə gəlib.

Hüseynov rəqibinə məğlub olub - 2:5. Losonçi finala çıxsa, təmsilçimiz təsəlliverici görüşə qatılacaq.

Olimpiada avqustun 11-də başa çatacaq.