Müdafiə nazirinin birinci müavini, Azərbaycan ordusunun baş qərargah rəisi general-polkovnik Kərim Vəliyev Macarıstanda keçirilmiş güləş üzrə Avropa çempionatında qızıl medal qazanan dünya və üçqat Avropa çempionu Rafiq Hüseynovla görüşüb.

Rekord.az xəbər verir ki, Vəliyev Müdafiə Nazirliyinin rəhbərliyi adından Mərkəzi Ordu İdman Klubunun idmançısını qələbə münasibətilə təbrik edib.

Baş qərargah rəisi görüşün sonunda baş leytenant Rafiq Hüseynova vaxtından əvvəl növbəti hərbi rütbənin verilməsi barədə müdafiə nazirinin müvafiq əmrini çatdıraraq, ona “kapitan” poqonlarını və qiymətli hədiyyə təqdim edib.