Rafiq və Elis Olimpiadada təsəlliverici görüşə çıxacaq
- 02 Avq 2021 16:11
- 685
Tokio Olimpiadasında güləş yarışları davam edir. Rekord.az xəbər verir ki, bu gün yunan-Roma güləşində 77 və 97, qadın güləşində isə 68 kq-da mübarizəyə start verilib.
Rafiq Hüseynov (77 kq) ilk görüşdə isveçli Aleks Kessidislə qarşılaşıb. İki dünya ikincisinin mübarizəsindən həmyerlimiz qalib ayrılıb. 1:1 hesabıyla yekunlaşan görüşdə güləşçimiz sonuncu xal prinsipinə əsasən 1/4 finala yüksəlib. Bu mərhələdə Rafiqin rəqibi qırğızıstanlı Akjol Mahmudov olub. Qarşılaşma Hüseynovun məğlubiyyəti ilə yekunlaşıb. Ancaq rəqib finala yüksəldiyi üçün pəhləvanımız sabah təsəlliverici görüşə çıxacaq. Rəqib tunisli Lamjed Maafi olacaq.
Elis Manolova (68 kq) 1/8 finalda nigeriyalı Blessinq Oborududu ilə üz-üzə gəlib və rəqibinə məğlub olub. Rəqib finala yüksəldiyi üçün təmsilçimiz sabah təsəlliverici görüşə çıxacaq və Meerim Jumanazarovaya (Qırğızıstan) qalib gəlməyə çalışacaq.
Qeyd edək ki, təsəlliverici görüşlər Bakı vaxtı ilə saat 06:00-da başlayacaq.