Rahid Əmirquliyev: “Qəbələ” ilə xal fərqini artırmalıyıq”
- 14 Fev 2020 18:20
- 731
“Səbail”in kapitanı Rahid Əmirquliyev Azərbaycan Premyer Liqasının 17-ci turu çərçivəsində “Qəbələ”yə qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini bölüşüb.
Rekord.az xəbər verir ki, o, klubun mətbuat xidmətinə açıqlamasında bunları söyləyib:
“Komandada hamı "Keşlə"yə qarşı qazandığımz üç xal ilə razıdır. Növbəti oyunlarda da, qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik. Fkirlərimiz növbəti turda "Qəbələ" ilə oyuna yönəlib. Bu, bizim üçün vacib oyundur, "Qəbələ" ilə xal fərqini artırmalıyıq".
Qeyd edək ki, fevralın 16-da keçiriləcək “Səbail” - “Qəbələ” matçına saat 16:30-da start veriləcək.