![photo](https://www.rekord.az/storage/uploads/4/rahid-2.jpg)
Rahid "Şahdağ"da məşq etməyəcək, ancaq oyunlara çıxacaq
- 31 Avq 2023 14:00
- 486
Bu yaxınlarda futbolçu karyerasını başa vuraraq "Səbail"in U-19 komandasında köməkçi-məşqçi kimi işə başlayan Rahid Əmirquliyev futbolçu karyerasını yenidən bərpa edib.
Rekord.az xəbər verir ki, futbolçu doğma Qusarın "Şahdağ" komandasında futbolçu kimi çıxış edəcək.
Lakin o, "Səbail"dən ayrılmayacaq və məşqçi kimi də işinə davam edəcək. Belə ki, həftənin böyük hissəsini Bakıda, "Səbail"dəki işinə həsr edəcək. Qusara yalnız oyundan -oyuna gedəcək. Oyundan bir gün öncə komanda ilə məşq edib oyun günü meydançaya çıxacaq. Oyundan sonra isə yenidən Bakıya dönəcək.
Qeyd edək ki, "Şahdağ" yeni mövsümdən II liqada çıxış edəcək.