Polşa çempionatında 25-ci turun oyunları keçirilib.

Rekord.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Rahil Məmmədovun çıxış etdiyi LKS də növbəti matçına çıxıb.

Sözügedən komanda evdə “Rakuv”la qarşılaşıb. Oyunda qalib müəyyənləşməyib – 1:1.

Start heyətdə meydana çıxan Rahil sona qədər oynayıb.

LKS hazırda 17 xalla sonuncu – 18-ci pillədə qərarlaşıb.