Azərbaycan millisinin müdafiəçisi Rahil Məmmədovun da formasını geyindiyi "Radomyak" Polşa çempionatında növbəti matçına çıxıb. 

Rekord.az xəbər verir ki, Radom təmsilçisi 5-ci turda "Legiya"nın qonağı olub.

Görüş meydan sahiblərinin 4:1 hesablı qələbəsi ilə başa çatıb. Start heyətdə meydana çıxan Rahil sona qədər oynayıb.

“Radomyak" hazırda turnir cədvəlində 3 xalla 18 komanda arasında 15-cidir.