Rahilin komandası yenə evdə uduzdu
- 10 Avq 2024 00:12
- 157
Azərbaycan millisinin müdafiəçisi Rahil Məmmədovun formasını geyindiyi "Radomyak" Polşa çempionatında 4-cü turun oyununa çıxıb.
Rekord.az xəbər verir ki, Radom təmsilçisi evdə “Qornik”lə qarşılaşıb.
Oyun qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb. Rahil bu oyunun 79-cu dəqiqəsində meydana buraxılıb.
“Radomyak” hazırda 3 xalla 12-ci sıradadır.