Azərbaycan millisinin müdafiəçisi Rahil Məmmədovun da formasını geyindiyi "Radomyak" Polşa çempionatında növbəti matçına çıxıb. 

Rekord.az xəbər verir ki, Radom təmsilçisi 6-cı turda "Vidzev"in qonağı olub.

Görüş meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə başa çatıb. Bununla da "Radomyak" ardıcıl 4-cü matçda xalsız qalıb.

Start heyətdə meydana çıxan Rahil 88-ci dəqiqədə əvəzlənib. Məmmədov 41-ci dəqiqədə penaltiyə səbəb olduğu üçün sarı vərəqə ilə cəzalanıb.

"Radomyak" hazırda turnir cədvəlində 3 xalla 18 komanda arasında 17-ci pillədə qərarlaşıb.