Polşa çempionatında mövsümün sonuncu - 34-cü turunun oyunları keçirilib.

Rekord.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Rahil Məmmədovun çıxış etdiyi LKS də növbəti matçına çıxıb.

Sözügedən komanda evdə “Stal”la qarşılaşıb və 3:2 hesabıyla qalib gəlib.

Start heyətdə meydana çıxan Rahil sona qədər oynayıb. O, son oyunda sarı vərəqə də alıb.

LKS mövsümü 24 xalla sonuncu pillədə başa vurub və elitanı tərk edib.