Xəbər verdiyimi kimi, "Keşlə"nin veteranı, Azərbaycan millisinin sabiq üzvü Rail Məlikov mövsümün sonunda futbolçu karyerasını bitirəcək.


Rekord.az xəbər verir ki, məşqçilik kurslarına qatılan Məlikov vaxt itirmədən məşqçiliyə başlamaq fikrindədir.


Əldə etdiyimiz məlumata görə, sabiq milli üzvü məşqçi kimi fəaliyyətə elə " Keşlə"də başlayacaq. 
Deyilənə görə, bununla bağlı klub rəhərliyindən də ona söz verilib.