“Sumqayıt”ın veteran futbolçusu Rail Məlikov böyük ehtimalla mövsümün sonunda karyerasını başa vuracaq.

Rekord.az-ın əldə etdiyi məlumata görə, buna səbəb futbolçunun yaşının çoxluğu və son zamanlar daha çox ehtiyatda qalmasıdır.

Məlikov karyerasını başa vurduqdan sonra məşqçiliyə başlamağı düşünür. Böyük ehtimalla ona elə “Sumqayıt”da iş təklif edəcəklər.