“Barselona” İspaniya La Liqasının 28-ci turundə səfərdə “Malyorka”nı məğlub edib.

Rekord.az xəbər verir ki, 4:0 hesabıyla bitən görüş Kataloniya təmsilçisinin futbolçusu İvan Rakitiç üçün əlamətdar olub.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Belə ki, “Malyorka” ilə matç Rakitiçin “Barselona”dakı 300-cü oyunu olub.

Xorvatiyalı yarımmüdafiəçi 2014-cü ildən “Barselona”da forma geyinir. 32 yaşlı futbolçunun “Barsa” ilə müqaviləsi 2021-ci ilin yayına qədərdir.