“Sevilya”nın futbolçusu İvan Rakitiş sabiq komanda yoldaşı Lionel Messi ilə söhbətin məğzini açıqlayıb.

Rekord.az xəbər verir ki, tərəflər arasında zarafatyana söhbət olub. Rakitiçi dinləyək:

“Messiyə dedim ki, sən hər şeyi qazanıbsan, bu qədər qol vurubsan, amma heç vaxt mənim qazandığım titulu əldə edə bilməyəcəksən. Ona dedim ki, sən heç vaxt Avropa Liqasında qalib olmayacaqsan”.

Rakitiç “Barselona”da 2014-2020-ci illərdə çıxış edib. “Barsa” İspaniya kubokunun yarımfinalında “Sevilya”nı mübarizədən kənarlaşdırıb – 0:2, 3:0.