Rakitiç "Sevilya"ya qayıtdı
- 01 Sen 2020 16:00
- 698
"Sevilya" "Barselona"nın yarımmüdafiəçisi İvan Rakitiçin transferini tamamlayıb.
Rekord.az xəbər verir ki, Əndəlüsiya təmsilçisi 32 yaşlı futbolçu ilə 3 illik razılığa gəlib.
Rakitiç 2014-cü ildə "Sevilya"dan "Barselona"ya 18 milyon avro qarşılığında keçmişdi. Xorvatiyalı futbolçu ötən mövsüm 42 oyunda 1 qol vurub, 5 məhsuldar ötürmə edib