Polşanın “Rakuv” klubunun futbolçusu Milan Rundiç UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin “Qarabağ”la ilk oyununu buraxacaq.

Rekord.az xəbər verir ki, bunu Çenstoxova təmsilçisinin baş məşqçisi David Şvarqa deyib.

O bildirib ki, serbiyalı mərkəz müdafiəçisi hazırda zədədən əziyyət çəkir. Bu səbəbdən 31 yaşlı oyunçu “Mieyski” stadionundakı qarşılaşmada iştirak edə bilməyəcək.

İyulun 26-da keçiriləcək “Rakuv” – “Qarabağ” görüşü Bakı vaxtı ilə saat 22:15-də start götürəcək.