Ramalinqom "Qarabağ"a qarşı oynaya bilməyəcək?
- 04 Noy 2023 14:00
- 483
"Turan Tovuz"la oyunda"Səbail"in ikinci qolunun müəllifi Ramalinqom qoldan sonra əzələsini dartaraq oyuna davam edə bilmədi.
Rekord.az xəbər verir ki, onun durumu hələ aydınlaşmayıb.
Düzdür, Ağabala Ramazanovla müqayisədə legioner futbolçunun durumu daha yaxşıdır. Amma istənilən halda, onun növbəti turda "Qarabağ"a qarşı oynayacağı sual altındadır. Növbəti həftənin əvvəlli hər şey aydın olacaq.