Ramazanovdan bir qol, iki yubiley
- 07 Okt 2019 12:41
- 672
Azərbaycan Premyer Liqasının 7-ci turu “Səbail”in futbolçusu Ağabala Ramazanov üçün əlamətdar olub.
Rekord.az xəbər verir ki, 1-ci dövrənin son turunun “Neftçi” ilə qarşılaşmasında (1:2) komandasının təsəlli qoluna imza atan hücumçu ikiqat yubiley qeyd edib.
Bu top Ağabalanın Premyer Liqada 25-ci qolu olub. İlk dəfə “Xəzər Lənkəran”da çıxış etdiyi vaxt, 2013-cü il fevralın 11-də “İnter”lə (indiki “Keşlə”) ev oyununda (2:3) qol sevinci yaşayan Ağabala, ölkə çempionatları tarixində 25 və daha çox qol vuran 114-cü futbolçu olub.
O, qollarından 6-nı “Xəzər Lənkəran” (2012/13 – 1, 2013/14 – 1, 2014/15 – 4), 5-ni “Sumqayıt” (2015/16), 4-nü “Keşlə”nin (2016/17) heyətində vurub.
“Səbail”in Premyer Liqadakı ən yaxşı bombardiri indiki komandasında yubiley – 10-cu qoluna imza atıb.
Ötən mövsüm 7 qol vuraraq karyerasının ən məhsuldar mövsümünü keçirən Ağabala cari çempionatda 3-cü dəfə fərqlənib.