"Biz azərbaycanlılar 30 ildir ki, torpaqlarımızın geri qaytarılması həsrəti ilə yaşayırıq. İndi isə ən təbii özünümüdafiə haqqımızdan istifadə edərək torpaqlarımızı işğaldan azad etməliyik".

 

Rekord.az xəbər verir ki, bu sözləri Türkiyə millisinin azərbaycanlı atleti Ramil Quliyev cəbhə bölgəsində baş verənlərlə bağlı danışarkən deyib. "Fotomac”a danışan idmançı bunun haqq mübarizəsi olduğunu vurğulayıb: "Bu, haqq mübarizəsidir. Bu yol haqq yoludur. İnanıram ki, yolun sonunda ölkəmiz zəfər qazanacaq”.

 

Dünya, Avropa çempionu bunları da sözlərinə əlavə edib: "Qarabağ bizimdir, Qarabağ Azərbaycandır. Bir bədəndə iki can, yaşasın Türkiyə – Azərbaycan".