"Sabah"ın və millimizin hücumçusu Ramil Şeydayevin Portuqaliyaya yollanmaq variantı yaranıb.

Rekord.az xəbər verir ki, AFFA onu "Boavişta"ya göndərmək istəyir.

Əldə etdiyimiz məlumata görə, federasiya ilkin variantda Şeydayevin Portuqaliyaya 6 aylıq getməsini istəyir. Yəni yayda gedib, qışa kimi oynayacaq. Özünü doğurulda bilsə, müqavilə artırıla bilər. Şərtlər niyə bu cürdür? İş ondadır ki, Ramilin "Boavişta"y keçidi alınsa, onun maaşını AFFA ödəyəcək. Ona görə də federasiya uzunmüddətli müqavilə istəmir. Çünki futbolçu özünü doğurulda bilməsə, federasiya daha çox xərcə düşməsin.