"Nə öz, nə də komandanın oyunundan razıyam. Bilirəm ki, çox pis oynadıq".
 
Rekord.az xəbər verir ki, bu sözləri millimizin üzvü Ramil Şeydayev Millətlər Liqasının ilk turunda Bakıda Lüksemburqla keçirilən oyundan (1:2) sonra deyib.

Komandamızın yeganə qolunun müəllifi olan hücumçu məğlubiyyətə görə çox üzüldüklərini bildirib: "İndi bu qarşılaşmanı unudub, analiz edib, növbəti matçlara köklənməliyik. Nə etmək olar? Çox üzgünük".