Ramil Şeydayev: “Ruhdan düşmürük”
- 16 Noy 2020 19:40
- 682
“Biz öz evimizə 3 xalı gətirə bilmədik, amma ruhdan düşmürük”.
Rekord.az xəbər verir ki, bu fikirləri Azərbaycan millisinin futbolçusu Ramil Şeydayev UEFA Millətlər Liqasının 5-ci turunda Monteneqro ilə qolsuz heç-heçə etdikləri oyundan sonra instaqram hesabında yazıb.
"Sabah" klubunda çıxış edən 24 yaşlı hücumçu qrup mərhələsinin sonuncu turunda Lüksemburqla oynayacaqları matça hazırlaşdıqlarını vurğulayıb: "Biz komandayıq və mütləq uğura birlikdə nail olacağıq".
Qeyd edək ki, noyabrın 17-də "Jozi Bartel" stadionunda keçiriləcək Lüksemburq - Azərbaycan oyununa Bakı vaxtı ilə saat 23:45-də start veriləcək.